Azərbaycanda turizm sektorunda KOB-ların mənfəəti 43% azalıb1business.media xəbər verir ki, 2025-ci ildə Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satışdan əldə etdiyi mənfəət 42,7 faiz azalıb.
Belə ki, hesabat dövründə KOB-ların ümumi mənfəəti 187,2 milyon manat təşkil edib. 2024-cü ildə isə bu göstərici 326,7 milyon manat olub.
Ən çox azalma orta sahibkarlıqda qeydə alınıb
Sahibkarlıq subyektləri üzrə mənfəət göstəriciləri belə dəyişib:
- Orta müəssisələr – 49,8% azalaraq 134,9 milyon manat;
- Mikro müəssisələr – 35,3% azalaraq 5,5 milyon manat;
- Kiçik müəssisələr – 4,9% azalaraq 46,9 milyon manat.
Turizm və ictimai iaşə sektorunda fəaliyyət göstərən bütün müəssisələrin satışdan mənfəəti də 50,9 faiz azalaraq 317,1 milyon manata düşüb.
Turistlərin xərcləri də azalıb
2025-ci ildə Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin sayı 2,7 faiz azalaraq 1 milyon 804,8 min nəfər olub.
Xarici turistlərin ölkədəki xərcləri isə 3,40 milyard manatdan 3,26 milyard manata enib. Bu, 4,2 faiz azalma deməkdir.
2026-cı ilin ilk doqquz ayında da xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Onların ölkədəki xərcləri isə 12,8 faiz geriləyərək 2,19 milyard manat təşkil edib.
Qeyd edək ki, turizm sektorunda mənfəətin azalması sahibkarların gəlirləri ilə yanaşı, artan xərclər və turist axınındakı dəyişiklikləri də gündəmə gətirir
