BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Azərbaycanda ən çox pul xərcləyən turistlər bəlli oldu – Siyahıda hansı ölkələr var?

 Azərbaycanda ən çox pul xərcləyən turistlər bəlli oldu – Siyahıda hansı ölkələr var?
Azərbaycana səfər edən xarici turistlərin ölkəmizdə nə qədər pul xərclədiyi açıqlanıb. Statistikaya əsasən, bəzi ölkələrdən gələn turistlərin xərcləri digərlərindən xeyli yüksəkdir.

1business.media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici turistlər ümumilikdə 2 milyard 516 milyon manat xərcləyiblər.

Hesabat dövründə ölkəyə 1 milyon 948,2 min əcnəbi səfər edib. Bir turistin orta xərci isə 1 292 manat təşkil edib.

Ən çox pul xərcləyən turistlər

Adambaşına düşən xərcə görə ilk sırada Qətər vətəndaşları qərarlaşıb. Bu ölkədən gələn 2 152 turist Azərbaycanda ümumilikdə 4,8 milyon manat xərcləyib. Bir nəfərə düşən orta məbləğ 2 236 manat olub.

İlk beşlikdə yer alan ölkələr:
1. Qətər – 2 236 manat
2. ABŞ – 2 221 manat
3. Kanada – 2 206 manat
4. Küveyt – 2 114 manat
5. Birləşmiş Ərəb Əmirlikləri – 2 054 manat
Beləliklə, siyahının ilk beşliyində Şimali Amerika və Körfəz ölkələri üstünlük təşkil edib.

Ən az pul xərcləyən turistlər kimlərdir?

Statistikaya görə, Azərbaycanda ən az pul xərcləyən turistlər qonşu ölkələrdən gəlib.

Türkiyədən gələn turistlər adambaşına orta hesabla 778 manat, Gürcüstandan gələnlər 752 manat xərcləyiblər. İran vətəndaşları isə ən aşağı göstərici ilə fərqlənib. Onların bir nəfərə düşən orta xərci cəmi 108 manat olub.

Məlumatlara görə, 2025-ci ilin ilk doqquz ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35 min nəfər azalıb. Ən böyük azalma Rusiya, Hindistan, Oman və Küveytdən gələnlərin sayında qeydə alınıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05