BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Statistika

Kreditlərdən ən çox gəlir əldə edən banklar açıqlanıb

 Kreditlərdən ən çox gəlir əldə edən banklar açıqlanıb

1business.media xəbər verir ki, 2026-cı ilin ilk 9 ayında Azərbaycanda fəaliyyət göstərən bankların müştərilərə verdiyi kreditlər üzrə faiz gəlirləri açıqlanıb.

Renkinqə 812 milyon 439 min manat faiz gəliri ilə Kapital Bank başçılıq edib. İkinci sırada 733 milyon 576,1 min manat gəlirlə ABB, üçüncü yerdə isə 244 milyon 286 min manatla PAŞA Bank qərarlaşıb.

İlk beşlikdə Bank Respublika 215 milyon 294,4 min manat, Unibank isə 208 milyon 746 min manat kredit faiz gəliri ilə yer alıb.

Sonrakı pillələrdə AccessBank – 205,4 milyon manat, Bank of Baku – 150,5 milyon manat, Yelo Bank – 143,8 milyon manat, Xalq Bank – 118,1 milyon manat və Rabitəbank – 108,1 milyon manat göstərici ilə qərarlaşıb.

Renkinqdə 20 bankın göstəricisi yer alıb. Siyahıda kreditlər üzrə ən aşağı faiz gəliri Bank Avrasiyada qeydə alınıb. Bankın bu istiqamətdə gəliri 10 milyon 531 min manat təşkil edib.

Ümumilikdə, 30 sentyabr 2026-cı il tarixinə bankların kreditlər üzrə gəlirləri 3 milyard 379,7 milyon manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 492,7 milyon manat və ya 17,1 faiz çoxdur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05