BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Statistika

10 ildən sonra ən çox tələb görəcək peşələr açıqlanıb

 10 ildən sonra ən çox tələb görəcək peşələr açıqlanıb
Qarşıdakı 10 ildə əmək bazarında bəzi peşələrə tələbatın əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Mühəndislik, maşınqayırma, tibb və kibertəhlükəsizlik sahələri gələcəyin perspektivli istiqamətləri sırasında göstərilir.
 
1business.media xəbər verir ki, Rusiya Hökuməti yanında Maliyyə Universitetinin dosenti Balınin TASS-a açıqlamasında növbəti onillikdə daha çox ehtiyac duyulacaq mütəxəssislərin adlarını açıqlayıb.
 
Onun sözlərinə görə, mühəndislər, maşınqayırma konstruktorları və tornaçılar əmək bazarında tələbat görəcək peşələr arasındadır.
 
Tibb və kibertəhlükəsizlik mütəxəssislərinə ehtiyac artacaq
 
Gələcəkdə dar ixtisas üzrə çalışan tibb işçilərinə, kibertəhlükəsizlik və dələduzluğa qarşı mübarizə üzrə mütəxəssislərə də ehtiyacın artacağı proqnozlaşdırılır.
 
Dosent bildirib ki, əmək bazarında yalnız bir sahəni bilən deyil, geniş dünyagörüşünə və bir neçə istiqamət üzrə yüksək bacarıqlara malik mütəxəssislər daha çox tələb görəcəklər.
 
Bu proqnozlar qarşıdakı illərdə peşə seçimi edən gənclər üçün də əhəmiyyət daşıyır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05