BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Qarabağda sahibkarlara 10 illik vergi güzəşti – Kommunal xərclərin 20%-ni dövlət ödəyəcək

 Qarabağda sahibkarlara 10 illik vergi güzəşti – Kommunal xərclərin 20%-ni dövlət ödəyəcək
İşğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti göstərən sahibkarlar 10 il müddətinə bir sıra vergi və gömrük güzəştlərindən yararlana bilərlər. İstehsalla məşğul olan sahibkarların kommunal xərclərinin bir hissəsi də dövlət tərəfindən qarşılanır.
 
1business.media xəbər verir ki, güzəştlər Qarabağ və Şərqi Zəngəzurda iqtisadi fəallığın artırılması, yeni investisiyaların cəlb edilməsi və sahibkarlığın inkişafı məqsədi daşıyır.
 
İşğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar 10 il müddətinə mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azaddırlar. Müəyyən edilmiş fəaliyyət sahələri üzrə texnika, avadanlıq, xammal və materialların idxalına ƏDV və gömrük rüsumu güzəştləri də tətbiq olunur.
 
Kommunal xərclərin 20 faizi geri qaytarılır
 
İstehsal fəaliyyəti ilə məşğul olan sahibkarların elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə ödədikləri məbləğin 20 faizi dövlət büdcəsi hesabına qarşılanır.
 
Məsələn, sahibkar ay ərzində kommunal xidmətlərə 1 000 manat ödəyərsə, bunun 200 manatı dövlət tərəfindən kompensasiya edilir.
 
Sahibkarlara kredit dəstəyi
 
İşğaldan azad edilmiş ərazilərdə biznes layihələri həyata keçirən sahibkarlar üçün dövlət zəmanətli kredit və faiz subsidiyası mexanizmləri də mövcuddur. Kreditin məbləği, müddəti və faiz şərtləri müəyyən edilmiş tələblərə uyğun olaraq dəyişir.
 
İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu ərazilərdə tətbiq edilən güzəştlər 2033-cü il yanvarın 1-dək nəzərdə tutulub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05