“Araz” şəhid əməkdaşlarının ailələrini Zəfər Günü münasibətilə ziyarət edib8 Noyabr – Zəfər Günü münasibətilə “Araz” supermarketlər şəbəkəsinin rəhbərliyi şəhid olan əməkdaşlarının ailələrinə baş çəkib.
1business.media xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin üzvləri və digər rəhbər şəxslər Bakıda və müxtəlif rayonlarda yaşayan şəhid ailələrini ziyarət ediblər.
Görüşlər zamanı şəhidlərin valideynləri və yaxınları ilə söhbət aparılıb, ailələrin vəziyyəti və rifahı ilə maraqlanılıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və mənəvi dəstəyə görə şirkət rəhbərliyinə təşəkkür ediblər.
Məlumata görə, “Araz” supermarketlər şəbəkəsinin 9 əməkdaşı Vətən müharibəsi zamanı Şuşa, Xocavənd, Füzuli, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Onların arasında Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev də var.
Şəhid əməkdaşların hər biri göstərdikləri igidliyə görə orden və medallarla təltif ediliblər.
