1business.media xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov 1 noyabr — Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə aqrar sahədə çalışanları təbrik edib. Nazir təbrik mesajını LinkedIn hesabında paylaşıb.
Məcnun Məmmədov fermerlərin və aqrar sahə mütəxəssislərinin əməyinin ölkənin ərzaq təhlükəsizliyinə, iqtisadi inkişafına və kəndlərin rifahına mühüm töhfə verdiyini vurğulayıb.
Nazir fermerlərin məmnunluğunu, dövlət dəstəyi və xidmətlərini daim öz yanlarında hiss etmələrini əsas dəyərlərdən biri kimi qiymətləndirib.
“Fermerlərimizin uğuru aqrar sahənin uğuru, onların rifahı isə kənd təsərrüfatının davamlı inkişafının əsas göstəricisidir”, — deyə paylaşımda bildirilib.
Məcnun Məmmədov sahədə çalışan hər kəsə təşəkkürünü çatdırıb, onlara cansağlığı, ailə səadəti və fəaliyyətlərində uğurlar arzulayıb.
