BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

atb360 yeniləndi

 1business.media xəbər verir ki, Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilər üçün yeni rəqəmsal bankçılıq imkanları təqdim edib. Yenilənmiş versiyada dizayn dəyişdirilib, tətbiqin işləmə sürəti və istifadəsi optimallaşdırılıb.

Tətbiqdə əsas yeniliklərdən biri Ailə bankçılığı funksiyasıdır. Bu imkan vasitəsilə ATB müştəriləri ailə üzvləri üçün tətbiqdən kart sifariş edə, ödənişlər həyata keçirə, xərc limitləri müəyyənləşdirə və kartları idarə edə biləcəklər.

Ailə bankçılığı valideynlərə övladlarının xərclərinə nəzarət etmək, uşaqlarda maliyyə savadlılığının formalaşmasına dəstək olmaq imkanı verir.

Yenilənmiş atb360-da ƏDV geri almaq, AniPay-dən istifadə etmək, QR əməliyyatları aparmaq və mövcud depozitlər barədə məlumat əldə etmək də mümkündür.

Bank müştərilərə filiala getmədən tətbiq üzərindən onlayn kredit əldə etmək imkanı da təqdim edir.

Azər Türk Bank bildirir ki, tətbiqin yenilənməsi bank xidmətlərinin rəqəmsal mühitə keçirilməsi strategiyasının bir hissəsidir. Məqsəd müştərilərin daha çox bank xidmətindən məsafədən, atb360 vasitəsilə yararlanmasını təmin etməkdir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05