BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Bank

Expressbank 8,5%-dən kredit təklif edir

 Expressbank 8,5%-dən kredit təklif edir

1business.media xəbər verir ki, Expressbank payız mövsümündə toy, təmir, səyahət xərclərinin maliyyələşdirilməsi və digər maliyyə ehtiyacları üçün illik 8,5%-dən başlayan faizlə nağd istehlak krediti təqdim edir.

Kampaniya çərçivəsində müştərilər 100 min manatadək kredit əldə edə bilərlər. Kreditin müddəti 59 ayadək, komissiya isə 0%-dən başlayır.

Kredit götürən şəxslər əsas məbləğ üzrə ödənişə 2 ay sonra başlaya bilərlər. Bankın rəsmi məlumatına görə, kredit üzrə illik faiz dərəcəsi 8,5%-dən 28,9%-dək dəyişə bilər.

Expressbank bildirir ki, nağd istehlak krediti üzrə maksimal məbləğ və müddət müştərinin seçdiyi təminat növündən və digər şərtlərdən asılıdır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05