BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

İraq OPEC-dən neft kvotasının artırılmasını istəyir

 İraq OPEC-dən neft kvotasının artırılmasını istəyir
İraq Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə ölkəyə ayrılan neft ixracı kvotasının artırılması barədə danışıqlar aparır. Bağdad daha çox neft sataraq dövlət gəlirlərini yüksəltməyi hədəfləyir.
 
1business.media xəbər verir ki, İraqın neft naziri Basim Məhəmməd Xudeyr bildirib ki, ölkənin gündəlik neft hasilatı 5 milyon bareli ötür. Buna baxmayaraq, OPEC tərəfindən müəyyən edilmiş gündəlik ixrac limiti 4,33 milyon barel təşkil edir.
 
Nazirin sözlərinə görə, danışıqlarda İraqın son 50 ildə üzləşdiyi xüsusi vəziyyət və çətinliklər nəzərə alınır. Kvotanın artırılması ölkəyə əlavə gəlir əldə etmək, infrastruktur layihələrini maliyyələşdirmək və hökumətin inkişaf planlarını həyata keçirmək imkanı verə bilər.
 
İraqın kvotanın artırılması tələbi ölkənin neft gəlirlərini genişləndirmək və hasilat imkanlarından daha səmərəli istifadə etmək istəyindən irəli gəlir.
 
İraq OPEC-in qurucu üzvlərindən biridir və təşkilatın əsas neft istehsalçılarından sayılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05