BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Daha səmərəli idarəetmə üçün: AZCON əməkdaşlarına PwC Türkiye təlimi

 Daha səmərəli idarəetmə üçün: AZCON əməkdaşlarına PwC Türkiye təlimi

1business.media xəbər verir ki, AZCON Holding və şirkətlərinin insan resursları üzrə əməkdaşları üçün PwC Türkiye tərəfindən təlim keçirilib.

AZCON Corporate Academy-nin öyrənmə təşəbbüsləri çərçivəsində təşkil olunan proqram təşkilati strukturun qurulması, iş proseslərinin təkmilləşdirilməsi və işçi qüvvəsinin strateji planlaşdırılmasına həsr edilib.

Təlimdə bu istiqamətlər üzrə müasir yanaşmalar, metodologiyalar və qabaqcıl təcrübələr müzakirə olunub.

Holdinqin məlumatına görə, proqramın məqsədi təşkilati effektivliyin artırılması və insan kapitalının idarə edilməsində səmərəli həllərin tətbiqinə dəstək verməkdir. İştirakçılar bilik və təcrübə mübadiləsi aparıblar.

#1businessmedia #AZCON #PwC #İnsanResursları #İdarəetmə

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05