BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Bank

Məktəblilərə maliyyə savadlılığı öyrədildi – Unibankdan təlim

 Məktəblilərə maliyyə savadlılığı öyrədildi – Unibankdan təlim

1business.media xəbər verir ki, Unibank 31 Oktyabr Beynəlxalq Əmanət Gününə həsr olunmuş maliyyə savadlılığı təlimi keçirib. Tədbir Azərbaycan Banklar Assosiasiyasının təşkilati dəstəyi ilə baş tutub.

Təlimdə 6–7-ci siniflərdə təhsil alan 30 şagird iştirak edib. Şagirdlərə pulun idarə olunması, əmanət, kredit, xərclərin planlaşdırılması və qənaət barədə məlumat verilib.

Təlim zamanı uşaqlar gəlirin düzgün bölüşdürülməsi, ehtiyaclarla istəklərin fərqləndirilməsi, xərclərə nəzarət və yığım vərdişlərinin formalaşdırılması ilə bağlı praktiki tapşırıqlar yerinə yetiriblər.

Maliyyə mövzularının daha asan mənimsənilməsi üçün oyunlardan və interaktiv tapşırıqlardan istifadə olunub. Şagirdlər büdcə bölgüsü və maliyyə qərarları ilə bağlı müxtəlif situasiyaları oyun formatında həll ediblər.

Tədbir çərçivəsində məktəblilər Unibank filialına ekskursiya edib, bankın fəaliyyəti və müxtəlif proseslərlə tanış olublar. Pul sayan maşının iş prinsipi də şagirdlərin marağına səbəb olub.

Təlimin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05