Azərbaycanda günəbaxan yağı istehsalı 35 faiz artıb
1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda təmizlənmiş günəbaxan tumu yağlarının istehsalı 25 min 259,08 ton təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövründə bu göstərici 18 min 714,62 ton olub.
Beləliklə, bir il ərzində günəbaxan yağı istehsalı 6 min 544,46 ton və ya təxminən 35 faiz artıb.
İstehsaldakı artım ölkədə bitki yağları sektorunda məhsul həcminin yüksəldiyini göstərir.
