“AzerGold”dan 500 ailəyə Zəfər Günü sovqatı“AzerGold” QSC 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələri, müharibə iştirakçıları, veteranlar və aztəminatlı ailələr üçün sosial yardım aksiyaları keçirib.
1business.media xəbər verir ki, aksiyalar çərçivəsində ümumilikdə 500 ailəyə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim olunub.
Sosial dəstək tədbirləri Daşkəsən rayonunu, Göygöl rayonunun Tülallar və Zurnabad kəndlərini, eləcə də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanəgah, Əlincə və Xoşkeşin kəndlərini əhatə edib.
“AzerGold” nümayəndələri yerli icra hakimiyyəti orqanlarının təmsilçiləri ilə birlikdə ailələri ziyarət edərək onlara bayram təbriklərini çatdırıblar.
Şirkətin məlumatına görə, cari il ərzində bayram və əlamətdar günlər münasibətilə 1 390-dan çox ailəyə sosial dəstək göstərilib.
