BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

iPhone Pro-nun ekranında ciddi dəyişiklik gözlənilir

 iPhone Pro-nun ekranında ciddi dəyişiklik gözlənilir
“Apple” şirkəti 2027-ci ildə təqdim edilməsi gözlənilən iPhone Pro modellərində yeni ekran dizaynına keçə bilər.
 
1business.media xəbər verir ki, 2027-ci ildə iPhone seriyasının 20 illiyi tamam olacaq. Şirkətin bu əlamətdar tarix münasibətilə telefonun görünüşündə böyük dəyişikliklər etməyi planlaşdırdığı bildirilir.
 
İddialara görə, yeni iPhone Pro modellərinin ekranı dörd tərəfdən kənarlara doğru əyilmiş formada olacaq. Bu dizayn sayəsində ekran çərçivələrinin demək olar ki, görünməz olması və ön panelin daha böyük görünməsi nəzərdə tutulur.
 
Dəyişikliklər yalnız ekranla məhdudlaşmaya bilər. Məlumata əsasən, hazırkı modellərdə istifadə olunan “Action” düyməsi də ləğv edilə bilər.
 
Onun funksiyalarının “Camera Control” düyməsinə birləşdirilməsi gözlənilir. Belə ki, düyməyə bir dəfə basmaqla kamera açılacaq, uzun müddət basılı saxladıqda isə müxtəlif qısa yollar aktivləşəcək.
 
Qeyd edək ki, “Apple” hələlik yeni dizayn və düymə dəyişiklikləri ilə bağlı rəsmi açıqlama verməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05