BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Azərbaycanda 21 yol istismarı şirkəti ləğv olunur

 Azərbaycanda 21 yol istismarı şirkəti ləğv olunur

1business.media xəbər verir ki, Azərbaycanda avtomobil yollarının istismarı sahəsində fəaliyyət göstərən 21 məhdud məsuliyyətli cəmiyyət ləğv prosesinə başlayıb.

Ləğvini elan edən şirkətlər arasında “9 №-li Xüsusi Təyinatlı Yol İstismarı”, “1 №-li Magistral Yolların İstismarı”, eləcə də 52, 51, 49, 48, 46, 42, 35, 34, 32, 30, 29, 27, 25, 24, 6, 5, 4, 3 və 2 №-li Yol İstismarı MMC-ləri yer alır.

Şirkətlər Azərbaycanın müxtəlif rayon və şəhərlərində qeydiyyatdadır. Siyahıda Bakı, Sumqayıt, Astara, Lənkəran, Cəlilabad, Tərtər, Saatlı, Sabirabad, Gədəbəy, Samux, Naftalan, Ağstafa, Şəmkir, Göygöl, Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən üzrə qeydiyyatda olan müəssisələr var.

Şirkətlər kreditorlara müraciət edərək tələblərini ləğv elanlarının dərc edildiyi tarixdən etibarən iki ay ərzində müvafiq hüquqi ünvanlara təqdim etmələrini xahiş ediblər.

Qeyd edək ki, ləğv barədə elan verilməsi şirkətlərin həmin gün dövlət reyestrindən çıxarılması demək deyil. Bu, hüquqi şəxslərin ləğv prosesinə başladığını göstərir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05