Azərbaycanda 5 şirkət fəaliyyətini dayandırır – siyahı açıqlandı
1business.media xəbər verir ki, Azərbaycanda eyni ünvanda qeydiyyatda olan 5 məhdud məsuliyyətli cəmiyyət ləğv olunacağını elan edib.
Ləğv prosesinə başlayan şirkətlər bunlardır:
“NB DUTY FREE” MMC
“NB HOSPİTAL” MMC
“NB TRANS” MMC
“NB NET” MMC
“NB ENERGY” MMC
Məlumata görə, şirkətlərin hamısı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 53 ünvanında qeydiyyatdadır.
Qanunvericiliyə əsasən, kreditorlar tələblərini iki ay ərzində həmin ünvana bildirə bilərlər.
