BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Statistika

Əmanətlərin ən çox toplandığı 5 region – SİYAHI

 Əmanətlərin ən çox toplandığı 5 region – SİYAHI

1business.media xəbər verir ki, 2026-cı il sentyabrın 30-na Azərbaycanda banklara yerləşdirilən əmanətlərin ümumi həcmi 18 milyard 840,2 milyon manat təşkil edib. Əmanətlərin böyük hissəsi Bakı şəhərinin payına düşüb.

Bakı şəhərində bank əmanətlərinin həcmi 16 milyard 579,2 milyon manat olub. Bu, ölkə üzrə ümumi əmanətlərin təxminən 88 faizini təşkil edir.

Ən çox bank əmanəti olan digər regionlar isə belədir:

Abşeron-Xızı iqtisadi rayonu – 697,7 milyon manat

Gəncə-Daşkəsən iqtisadi rayonu – 304,8 milyon manat

Quba-Xaçmaz iqtisadi rayonu – 183,6 milyon manat

Lənkəran-Astara iqtisadi rayonu – 171,6 milyon manat.

Əmanətlərin orta faiz dərəcəsi Bakı üzrə 5,10 faiz, Abşeron-Xızı üzrə 7,01 faiz, Gəncə-Daşkəsən üzrə 6,91 faiz, Quba-Xaçmaz üzrə 6,29 faiz, Lənkəran-Astara üzrə isə 5,96 faiz təşkil edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05