BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Təmir

Tikinti sektoruna kreditlər 56 faiz artıb

 Tikinti sektoruna kreditlər 56 faiz artıb

1business.media xəbər verir ki, Azərbaycanda tikinti və inşaat sektoruna yönəldilən kreditlərin həcmi son bir ildə 56,3 faiz artıb.

2026-cı il sentyabrın 30-na sektor üzrə ümumi kredit portfeli 2 milyard 843,6 milyon manat təşkil edib. Bunun 2 milyard 426,4 milyon manatı bankların, 417,2 milyon manatı isə qeyri-bank kredit təşkilatlarının payına düşüb.

Avqustla müqayisədə sentyabrda kredit portfeli 223,9 milyon manat və ya 8,5 faiz artıb. 2025-ci ilin sentyabrında isə bu göstərici 1 milyard 819,8 milyon manat olub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05