BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Bank

İpoteka kreditlərində artım

 1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 370,7 milyon manat məbləğində ipoteka krediti verilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.

Fondun məlumatına görə, 2026-cı ilin ilk yarısında 226,3 milyon manatlıq 2 242 ipoteka krediti verilib. Onlardan 156,1 milyon manat adi, 70,2 milyon manat isə güzəştli ipoteka kreditlərinin payına düşüb.

Sentyabrın 21-nə olan məlumata əsasən, Fondun vəsaiti hesabına indiyədək 60 016 ipoteka krediti verilib. Bu kreditlərin ümumi məbləği 4 milyard 92 milyon manata çatıb.

Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən yararlananların 67 faizini gənclər və gənc ailələr təşkil edir. Kreditlərin təxminən 22 faizi isə regionların payına düşür.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05