BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Tibbi sığortada diqqətçəkən dəyişiklik

 1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda hesabatları araşdırılan 6 sığorta şirkətinin tibbi sığorta üzrə yığımları 99,78 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% azdır.

Həmin dövrdə tibbi sığorta üzrə ödənişlər isə 68,35 milyon manata çatıb. İllik müqayisədə ödənişlər 7% artıb. Nəticədə ödənişlərin sığorta haqlarına nisbəti 63,1%-dən 68,5%-ə yüksəlib.

Yığımlar üzrə reytinqə 74,94 milyon manatla PAŞA Sığorta başçılıq edib. Şirkətin tibbi sığorta yığımları illik müqayisədə 1,4% azalıb.

Siyahıda A-Qroup Sığorta 8,76 milyon manatla ikinci, Meqa Sığorta 4,76 milyon manatla üçüncü olub. Meqa Sığortanın yığımları 22,7% artıb.

Ödənişlər üzrə də PAŞA Sığorta 49,17 milyon manatla ilk sırada qərarlaşıb. A-Qroup Sığortanın ödənişləri 9,15 milyon manat, Atəşgah Sığortanın ödənişləri isə 4,84 milyon manat təşkil edib.

Ödənişlərdə ən yüksək artım Xalq Sığortada qeydə alınıb. Şirkətin tibbi sığorta üzrə ödənişləri bir il ərzində 62,5% artaraq 1,92 milyon manata yüksəlib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05