BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Tikinti və şəhərsalma xərcləri 200 milyon manata yaxın azaldılır

 Tikinti və şəhərsalma xərcləri 200 milyon manata yaxın azaldılır

1business.media xəbər verir ki, Azərbaycanda 2027-ci ildə tikinti və şəhərsalma sahəsinə dövlət büdcəsindən 6 milyard 3 milyon 965 min 550 manat ayrılması nəzərdə tutulur.

Bu məbləğ 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 198 milyon 522 min 750 manat və ya 3,2 faiz azdır. Cari ildə bu sahəyə 6 milyard 202 milyon 488 min 300 manat ayrılıb.

Maraqlıdır ki, eyni dövrdə iqtisadi fəaliyyət sahəsinə ayrılan ümumi vəsait artırılır. 2027-ci ildə iqtisadi fəaliyyət üçün 8 milyard 907 milyon 333 min 777 manat nəzərdə tutulub. Bu, 2026-cı illə müqayisədə 1 milyard 50 milyon 699 min 12 manat və ya 13,4 faiz çoxdur.

Tikinti və şəhərsalma xərclərinin azalmasına baxmayaraq, dövlət investisiya xərclərinin kəskin artırılması planlaşdırılır. Belə ki, dövlət əsaslı vəsait qoyuluşunun 2026-cı ildəki 2,7 milyard manatdan 2027-ci ildə 5,3 milyard manata çatdırılması gözlənilir. Bu, 2,6 milyard manat və ya 96,3 faiz artım deməkdir.

2026-cı ilin büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün ayrıca 3,5 milyard manat nəzərdə tutulmuşdu. 2027-ci ilin layihəsində isə bu xərc ayrıca sətir kimi göstərilməyib.

Bu səbəbdən tikinti və şəhərsalma üzrə ümumi xərclərin azalması ilə investisiya xərclərinin artması arasında ziddiyyət yaranmır. 2027-ci il büdcə layihəsində bərpa işləri üçün ayrıca məbləğ açıqlanmasa da, bu, həmin istiqamətdə maliyyələşmənin dayandırılması demək deyil.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05