Moldovada iki böyük xəstəxanada təmir və enerji səmərəliliyi işlərinə başlanılıb.
1business.media Avropa İnvestisiya Bankına istinadən xəbər verir ki, işlər 10 xəstəxananı əhatə edən 72,4 milyon avroluq proqramın tərkib hissəsidir.
Layihədə istilik izolyasiyası, qapı-pəncərələrin dəyişdirilməsi, istilik sistemlərinin modernləşdirilməsi və günəş panellərinin quraşdırılması nəzərdə tutulur. Proqram üzrə enerji istehlakının təxminən 40 faiz azalması gözlənilir.
