Moldovada fermerlər və qida istehsalçıları üçün 150 milyon avroluq maliyyə
Avropa İnvestisiya Bankının beynəlxalq inkişaf bölməsi EIB Global Moldovanın kənd təsərrüfatı və qida sektorunun modernləşdirilməsinə 150 milyon avro ayırır.
1business.media bankın məlumatına istinadən xəbər verir ki, vəsait “Moldovanın meyvə bağı II” proqramı çərçivəsində təqdim ediləcək.
Fermerlər və aqrar müəssisələr bu maliyyə hesabına müasir avadanlıq, saxlama anbarları, emal gücləri və logistika imkanlarına investisiya yatıra biləcəklər.
Proqram istehsalçıların məhsul keyfiyyətini yüksəltməsinə və Avropa bazarına çıxışının genişləndirilməsinə yönəlib. Maliyyənin bir hissəsi aqrar təhsil, tədqiqat və qida təhlükəsizliyi infrastrukturunu da dəstəkləyəcək.
