Fransa–ABŞ süni intellekt startapı “Reduck” ilkin investisiya raundunda 3 milyon dollar cəlb edib.
1business.media Tech.eu-ya istinadən xəbər verir ki, şirkət süni intellekt köməkçilərinin internet saytları və biznes tətbiqlərində tapşırıqları daha sürətli yerinə yetirməsi üçün platforma hazırlayır.
Həll təkrarlanan brauzer əməliyyatlarında əvvəlcədən hazırlanmış avtomatlaşdırma ssenarilərindən istifadəni nəzərdə tutur. Məqsəd vaxt və hesablama resurslarına qənaət etməkdir.
