BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Təchizat zəncirini idarə edən platforma

 Sifarişdən çatdırılmaya qədər işi avtomatlaşdıran startap 7,5 milyon dollar toplayıb

“Opply” şirkəti istehlak məhsulları istehsalçıları üçün hazırladığı süni intellekt platformasının genişləndirilməsinə 7,5 milyon dollar investisiya cəlb edib.

1business.media Tech.eu-ya istinadən xəbər verir ki, raunda “Chalfen Ventures” rəhbərlik edib.

Platforma xammal axtarışı, satınalma, ehtiyatların idarə olunması, istehsalın əlaqələndirilməsi və çatdırılma kimi əməliyyatları avtomatlaşdırmağa yönəlib.

Yeni vəsait xidmətin daha çox müəssisəyə təqdim olunmasına sərf ediləcək. Şirkət əl əməyinə əsaslanan təchizat proseslərini sadələşdirməyi hədəfləyir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05