BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Turbo

Çində Hyundai və Kia satışları 39 faiz azalıb

2026-cı ilin sentyabrında Hyundai və Kia-nın Çində ümumi pərakəndə satışları təxminən 9 min avtomobil təşkil edib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 39 faiz azdır.

 
1business.media xəbər verir ki, “Hana Securities”in Çin Minik Avtomobilləri Assosiasiyasının məlumatları əsasında hazırladığı hesabata görə, Hyundai-nin satışları 47 faiz azalaraq təxminən 4 minə, Kia-nın satışları isə 31 faiz azalaraq 5 minə düşüb.
 
İki şirkətin birgə aylıq satışları bu il ilk dəfə 10 mindən aşağı enib. Onların Çin bazarındakı ümumi payı 2010-cu illərin ortalarındakı 10 faizdən yüksək səviyyədən 0,6 faizə geriləyib.
 
Çin üçün xüsusi hazırlanmış elektrik modelləri də satışları canlandırmaqda çətinlik çəkir. Hyundai-nin “Elexio” modelindən yanvar–sentyabrda 251, “Ioniq V” modelindən isə sentyabrda 558 ədəd satılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05