Avropa İnvestisiya Bankı İspaniyanın Asturiya regionunda su infrastrukturunun yenilənməsi üçün 67 milyon avroluq kredit razılaşması imzalayıb.
1business.media bankın məlumatına istinadən xəbər verir ki, tərəfdaş qurum “Cadasa” su konsorsiumudur.
Layihə yeni nasos stansiyaları, boru xətlərinin genişləndirilməsi və içməli su təmizləmə imkanlarının artırılmasını əhatə edir. İnvestisiyalar əhalinin və müəssisələrin su təminatını gücləndirməyə, iqlim risklərinə dayanıqlılığı artırmağa yönəlib.
