Avropa İnnovasiya və Texnologiya İnstitutu universitet tədqiqatlarının kommersiyalaşdırılmasını dəstəkləyən 40 milyon avroluq maliyyələşmə çağırışı açıb.
1business.media institutun məlumatına istinadən xəbər verir ki, seçilən hər layihəyə 18 ay üçün 1,25 milyon avroyadək dəstək nəzərdə tutulur.
Proqram universitetlərlə müəssisələrin əməkdaşlığını, texnologiya transferini və sahibkarlıq bacarıqlarını gücləndirməyə yönəlib. Müraciətlər konsorsiumlar tərəfindən təqdim edilməlidir.
