EIB Global və “First City Monument Bank” Nigeriyanın aqrar sektorundakı müəssisələr üçün 85 milyon avroluq maliyyələşmə elan edib.
1business.media Avropa İnvestisiya Bankına istinadən xəbər verir ki, vəsaitin azı 70 faizi kakao və süd məhsullarının istehsal və tədarük zəncirlərinə yönəldiləcək.
Layihə aqrar bizneslərin inkişafını, özəl sektorun maliyyəyə çıxışını və Avropa İttifaqı ilə Nigeriya arasında iqtisadi əlaqələri dəstəkləyir.
