Avropa İnvestisiya Bankı Danimarkanın “Danske Bank”ına külək enerjisi sənayesini dəstəkləmək üçün 250 milyon avroyadək zəmanət təqdim edir.
1business.media bankın məlumatına istinadən xəbər verir ki, risklərin bölüşdürülməsi mexanizmi “Danske Bank”a sektor üçün 500 milyon avroyadək zəmanət vermək imkanı yaradacaq.
Dəstək yeni külək stansiyaları üçün avadanlıq istehsal edən və çatdıran müəssisələrin müqavilələri yerinə yetirməsini asanlaşdırmağa yönəlib.
