BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Mikromaliyyə (AMFA)

İtaliyada biznesə yeni maliyyə

 

İtaliyada müəssisələr üçün 125 milyon avroluq maliyyələşmə razılaşdırılıb

Avropa İnvestisiya Bankı ilə BCC Banca Iccrea arasında müəssisələrin investisiya və inkişafını dəstəkləyən 125 milyon avroluq razılaşma imzalanıb.

1business.media bankın məlumatına istinadən xəbər verir ki, maliyyə qrupun kooperativ banklarının müştərilərinə təqdim olunacaq.

Vəsaitin azı 70 faizi işçi sayı 250 nəfərdən az olan kiçik və orta müəssisələrə yönəldiləcək.

Ümumi məbləğin azı 25 faizi — 31,25 milyon avro — kənd təsərrüfatı və bioiqtisadiyyat layihələri üçün nəzərdə tutulub.

Əməliyyat Avropa İnvestisiya Bankının BCC Banca Iccrea tərəfindən buraxılmış 125 milyon avroluq təminatlı istiqrazı tam alması ilə strukturlaşdırılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05