Fələstində enerji xərclərini azaltmaq üçün 25,9 milyon avroluq proqram
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Avropa İttifaqı Fələstin iqtisadiyyatında yaşıl investisiyaları dəstəkləyən maliyyələşmə proqramını işə salıb.
1business.media AYİB-in məlumatına istinadən xəbər verir ki, proqramın maliyyə həcmi 25,9 milyon avrodur.
Vəsait yerli tərəfdaş maliyyə qurumları vasitəsilə bərpa olunan enerji, enerji və resurs səmərəliliyi, yaşıl binalar və tullantıların idarə olunması layihələrinə yönəldiləcək.
Şərtlərə uyğunluğu təsdiqlənmiş investisiyalar üçün Aİ tərəfindən 25 faizədək maliyyə təşviqi də nəzərdə tutulur.
Proqram müəssisələrin və ev təsərrüfatlarının xərclərini azaltmağı, həmçinin qadın sahibkarların maliyyəyə çıxışını genişləndirməyi hədəfləyir.
