Fintex startaplarına investisiyalar 21,4 faiz azalıb
Dünyada maliyyə texnologiyaları sahəsində çalışan startaplar 2026-cı ilin üçüncü rübündə 10,6 milyard dollar investisiya cəlb edib. Bu, ötən ilin eyni dövründən 21,4 faiz azdır.
1business.media Crunchbase-in məlumatlarına istinadən xəbər verir ki, ikinci rüblə müqayisədə azalma 28,4 faiz təşkil edib.
Maliyyələşmə əməliyyatlarının sayı da geriləyib: ötən ilin üçüncü rübündəki 995 əməliyyata qarşı bu dəfə 687 əməliyyat qeydə alınıb.
Rəqəmlər investorların daha az şirkətə və daha seçici şəkildə vəsait ayırdığını göstərir.
