BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Kənd Təsərrüfatı və İxracat (AKTİA) / İstehsal ixracat

Ucar pambıq emalı zavodunda illik emalın 40 min tona çatdırılması planlaşdırılır

 “Azərşəkər” MMC-nin törəmə şirkəti “Textile Horizon”un Ucar Pambıq Emalı zavodunda illik emal həcminin 2028-ci ildə 40 min tona çatdırılması nəzərdə tutulur.

1business.media şirkətin məlumatına istinadən xəbər verir ki, hazırkı mərhələdə zavodda ildə 12 min ton pambığın emalı planlaşdırılır.

Müəssisənin xammalla təminatı EDEN Agro və 650 hektar sahədə müqaviləli əkinçilik əsasında əməkdaşlıq edilən yerli fermerlər vasitəsilə həyata keçirilir.

Layihə pambıqçılıqdan hazır geyim istehsalına qədər uzanan inteqrasiya olunmuş istehsal zəncirinin formalaşdırılmasına yönəlib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05