BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Britaniyada kiçik şirkətlər üçün yeni hesabat tələbi təxirə salınıb

Böyük Britaniyada kiçik və mikroşirkətlərin mənfəət və zərər hesabatlarını şirkətlər reyestrinə təqdim etməsini məcburiləşdirəcək dəyişiklik təxirə salınıb.

1business.media Companies House-un məlumatına istinadən xəbər verir ki, 2028-ci ilin aprelindən tətbiqi nəzərdə tutulan tələb üzrə iş dayandırılıb. Hökumət hesabat prosedurlarını sadələşdirmək üçün alternativləri nəzərdən keçirəcək.

Kiçik şirkətlər reyestrə təqdim etdikləri maliyyə sənədlərindən mənfəət və zərər məlumatlarını çıxarmaq imkanını saxlayacaqlar.

Bununla belə, hesabatların kommersiya proqramları vasitəsilə rəqəmsal təqdim edilməsinə keçid planı qüvvədə qalır. 2028-ci ilin aprelindən bu tələb Britaniyada qeydiyyatdan keçmiş bütün şirkətlərə şamil olunacaq.

Məlumat Companies House tərəfindən oktyabrın 23-də açıqlanıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05