BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Manşet / Market-Bazar

Avropada iki günə şirkət yaratmaq planında yeni mərhələ

 Avropa İttifaqında biznesin qeydiyyatını və sərhədlərarası fəaliyyətini sadələşdirəcək “EU Inc” təşəbbüsü üzrə yeni addım atılıb.

1business.media Aİ Şurasının məlumatına istinadən xəbər verir ki, Şura oktyabrın 23-də layihə üzrə danışıqlar mövqeyini qəbul edib.

Təklif olunan model şirkətlərin maksimum 100 avro qeydiyyat haqqı ilə iki gün ərzində onlayn yaradılmasını nəzərdə tutur. Sahibkarlar mövcud milli hüquqi formalara alternativ olaraq bu rejimi seçə və Aİ-nin vahid bazarında fəaliyyət göstərə biləcəklər.

Yeni çərçivə xüsusilə startapların böyüməsini və investisiya cəlbini asanlaşdırmağa yönəlib.

Qərar sistemin artıq qüvvəyə minməsi demək deyil. Növbəti mərhələdə Avropa Parlamenti ilə danışıqlar aparılmalıdır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05