1business.media xəbər verir ki, Cənubi Koreyanın JB Financial Group maliyyə qrupu təxminən 30 milyard von həcmində süni intellekt investisiya fondu formalaşdırıb.
Fondun ilk investisiyası kibertəhlükəsizlik şirkəti Cipherdata-ya yönəldilib. Qrup texnologiya şirkətlərinə yatırımları öz banklarının rəqəmsal inkişafı ilə əlaqələndirmək istəyir. Gələcək investisiyaların süni intellekt modelləri, tətbiqlər və məlumatların təhlili sahələrini əhatə etməsi planlaşdırılır.
