BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Bank

Azərbaycan və İtaliya iqtisadi əməkdaşlığı genişləndirməyi müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya işgüzar səfəri çərçivəsində bu ölkənin şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə görüşüb.

1business.media İqtisadiyyat Nazirliyinin məlumatına istinadən xəbər verir ki, görüşdə sənaye, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti və yeni birgə layihələrin təşviqi müzakirə olunub.

Tərəflər mədənçilik, metallurgiya, kritik minerallar, süni intellekt və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

İtaliyanın texnologiya və mühəndislik təcrübəsinin Azərbaycanın qeyri-neft-qaz sənayesinin inkişafında istifadəsi, həmçinin birgə layihələrin maliyyələşdirilməsi perspektivləri diqqətə çatdırılıb. 

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05