Kritik infrastrukturun müdafiəsinə 7 milyon avroluq investisiya
Niderlandın “Indurex” şirkəti enerji, neft-qaz, istehsal və digər kritik infrastruktur obyektlərinin təhlükəsizliyini gücləndirmək üçün 7 milyon avro investisiya cəlb edib.
1business.media şirkətin açıqlamasına istinadən xəbər verir ki, raunda “Contrarian Ventures” rəhbərlik edib.
Platforma kibertəhlükəsizlik məlumatlarını mühəndislik və istehsal proseslərinin göstəriciləri ilə birləşdirərək risklərin aşkarlanmasına kömək edir.
Vəsait tədqiqat və məhsul inkişafına, eləcə də Avropa və Yaxın Şərqdə kommersiya fəaliyyətinin genişləndirilməsinə yönəldiləcək.
