Almaniyanın “RhymeQ” startapı ilkin mərhələdə 2,2 milyon dollar investisiya cəlb edib.
1business.media Vestbee-yə istinadən xəbər verir ki, raunda “Ground State Ventures” rəhbərlik edib.
Şirkət adi proqramlaşdırma bilikləri olan mütəxəssislərin kvant kompüterləri üçün proqram hazırlamasını asanlaşdıran platforma yaradır. Yeni vəsait mühəndis komandasının genişləndirilməsinə, məhsulun inkişafına və kvant avadanlığı istehsalçıları ilə əməkdaşlığa yönəldiləcək.
