BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Manşet / Qaraj

İşçi seçimini avtomatlaşdıran startap 400 milyon rupi cəlb edib

 

Hindistanın “Hunar.AI” startapı A seriyası investisiya raundunda 400 milyon Hindistan rupisi maliyyələşmə cəlb edib.

1business.media investor “Titan Capital”ın məlumatına istinadən xəbər verir ki, raunda “Blume Ventures” rəhbərlik edib.

Startap süni intellekt vasitəsilə işə qəbul, işə uyğunlaşdırma, təlim və işçilərin şirkətdə saxlanması proseslərini avtomatlaşdırır.

Yeni vəsait süni intellekt infrastrukturunun gücləndirilməsinə, məhsulun inkişafına və satış imkanlarının genişləndirilməsinə yönəldiləcək.

Platforma müxtəlif dillərdə çalışan böyük işçi kollektivləri olan müəssisələr üçün nəzərdə tutulub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05