BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
İnvestisiya

Maliyyə səhvlərini aşkarlayan startapa 2,9 milyon avro

 Danimarkanın “Plinto” şirkəti müəssisələrin maliyyə əməliyyatlarındakı səhvləri aşkarlayan platformasının inkişafına 2,9 milyon avro investisiya cəlb edib.

1business.media Tech.eu-ya istinadən xəbər verir ki, maliyyələşməni “People Ventures” və “Emblem” təmin edib.

Platforma hesab-fakturaları müqavilələr və daxili qaydalarla müqayisə edir, təkrar ödənişləri və uyğunsuzluqları müəyyənləşdirməyə kömək göstərir. Yeni vəsait məhsulun inkişafına və beynəlxalq genişlənməyə yönəldiləcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05