BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Alqı satqı

25 torpaq sahəsi satışa çıxarılır

 1business.media xəbər verir ki, Azərbaycanda 25 bələdiyyə torpaq sahəsi satış və icarə üçün hərrac və müsabiqəyə çıxarılır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil edəcəyi hərrac və müsabiqələr 25 noyabr 2026-cı il saat 15:00-da keçiriləcək. İştirak üçün sənəd və ərizələrin qəbulu 26 oktyabr–23 noyabr tarixlərində aparılacaq.

Torpaq sahələri Gəncə, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Füzuli, İmişli, Cəlilabad və Şəki rayonlarını əhatə edir. Onların bir hissəsi satışa, digər hissəsi isə 15 illik icarəyə təklif olunur.

Satışa çıxarılan sahələr arasında 52 kvadratmetrlik Gəncə torpağı 4 700 manatdan, 70 kvadratmetrlik Sabirabad sahələri isə 3 266 manatdan başlayır. Qusarda 1 000 kvadratmetrlik sahələrin ilkin qiyməti 9 930 manat, Xaçmaz rayonunun Niyazoba kəndində 834 kvadratmetrlik sahənin qiyməti isə 12 510 manatdır.

İcarəyə veriləcək torpaqların ilkin illik qiymətləri isə 60 manatdan 1 680 manatadək dəyişir. Ən böyük sahələrdən biri Şəki rayonunda yerləşən 16 hektarlıq torpaqdır və 15 il müddətinə 1 600 manat ilkin icarə haqqı ilə təklif olunur.

Maraqlanan şəxslər torpaq sahələri və müqavilə layihələri ilə 24 noyabradək müvafiq ərazi şöbələrində tanış ola bilərlər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05