BYD satışında yeni gediş: tam nəzarət kimə keçir?
1business.media xəbər verir ki, Avstraliyanın Eagers Automotive şirkəti BYD avtomobillərinin yerli satış müəssisəsi olan EV Dealer Group-un qalan 20%-ni almaq üçün razılığa gəlib.
Əməliyyat tamamlandıqdan sonra Eagers bu müəssisənin 100%-nə sahib olacaq. Ödəniş nağd vəsait və səhmlərlə həyata keçiriləcək.
Alışın oktyabrın 31-dək tamamlanması gözlənilir. Razılaşma BYD istehsalçısının özünə deyil, Avstraliyadakı satış müəssisəsinə aiddir. (kapitales.com.au)
