BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Accessbank və Bank Respublika birləşir

 1business.media xəbər verir ki, “AccessBank” və “Bank Respublika” arasında sövdələşmə tamamlanıb. Bu barədə “AccessBank”ın İdarə Heyətinin sədri David Tsiklauri açıqlama verib.

David Tsiklauri bankda beşillik fəaliyyət dövrünü dəyərləndirib. Onun sözlərinə görə, 2023-cü ildən etibarən “AccessBank”ın kapitalının rentabelliyi 25%-dən yüksək olub. Eyni dövrdə səhmdarlar üçün yaradılan dəyər təxminən 3,5 dəfə artıb, orta illik artım tempi isə 28,5% təşkil edib.

Sövdələşməyə əsasən, “Bank Respublika” “AccessBank”ın səhmlərinin 100%-ni əldə edir. “AccessBank”ın mövcud səhmdarları isə “Bank Respublika”nın nizamnamə kapitalının 25%-ni təşkil edən yeni imtiyazlı səhmləri əldə edirlər.

Sövdələşmənin tamamlanmasından sonra bankların inteqrasiyası növbəti mərhələdə həyata keçiriləcək. Rəsmi məlumata görə, birləşmənin 2027-ci ildə tamamlanması planlaşdırılır.

Birləşmə nəticəsində daha geniş fəaliyyət miqyasına malik maliyyə institutunun formalaşması gözlənilir. Əvvəlki açıqlamalara əsasən, birləşmiş bankın aktivlərinin 4,5 milyard manata, kredit portfelinin isə 3,3 milyard manata çatacağı bildirilmişdir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05