İsveçin “Vessla” startapı yaşayış və kommersiya əmlaklarının idarə olunması üçün hazırladığı süni intellekt platformasına 3,3 milyon dollar investisiya alıb.
1business.media Tech.eu-ya istinadən xəbər verir ki, raunda “Seedcamp” rəhbərlik edib.
Platforma kirayəçi müraciətləri, texniki xidmət, təchizatçılarla əlaqələr və maliyyə sənədləri arasında məlumat mübadiləsini sadələşdirməyə yönəlib. İnsan qərarı tələb edən məsələlərdə əməkdaşların nəzarəti saxlanılır.
