Səyahət şirkətlərini süni intellektlə birləşdirən platformaya 8 milyon avro
“YGO” şirkəti turizm xidmətlərinin süni intellekt vasitəsilə axtarışı və sifarişini inkişaf etdirmək üçün 8 milyon avro investisiya cəlb edib.
1business.media Tech.eu-ya istinadən xəbər verir ki, A seriyası raunduna “Ventech” rəhbərlik edib.
Platforma aviaşirkətləri, hotelləri və turoperatorları mövcud sistemlərini dəyişmədən süni intellekt köməkçilərinə bağlamağa yönəlib.
Yeni maliyyə məhsulun inkişafına, satış fəaliyyətinə və müştəri bazasının genişləndirilməsinə sərf ediləcək.
