Niderlandın “Photon Bridge” şirkəti süni intellekt məlumat mərkəzləri üçün lazer texnologiyasının inkişafına 10 milyon avro investisiya cəlb edib.
1business.media Tech.eu-ya istinadən xəbər verir ki, şirkət böyük prosessor qrupları arasında məlumat ötürülməsini dəstəkləyən optik bağlantılar üçün həll hazırlayır.
İnvestisiya raunduna Amadeus APEX Technology Fund və “360 Capital” birgə rəhbərlik edib.
İlk nümunələrin 2027-ci ildə təqdim olunması, kütləvi istehsalın isə 2028-ci ildə başlanması planlaşdırılır.
