BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Sığortaçılar (ASA)

Qarabağda işəgötürənlərin sosial sığorta ödənişlərinin 80 faizini dövlət qarşılayır

 Qarabağda işəgötürənlərin sosial sığorta ödənişlərinin 80 faizini dövlət qarşılayır
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün sosial sığorta güzəştləri davam edir. 2026-cı ildən etibarən işəgötürənlərin ödədiyi məcburi dövlət sosial sığorta haqlarının 80 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılır.
 
1business.media xəbər verir ki, güzəşt Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən qeyri-dövlət sektoru işəgötürənlərinə şamil olunur.
 
Məlumata görə, subsidiyalaşdırma mexanizmi mərhələli şəkildə tətbiq edilir:
- 2023–2025-ci illər: sosial sığorta ödənişlərinin 100 faizi;
- 2026–2028-ci illər: 80 faizi;
- 2029–2030-cu illər: 60 faizi;
- 2031–2032-ci illər: 40 faizi dövlət tərəfindən qarşılanacaq.
Muzdlu əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərin müəyyən kateqoriyaları üzrə sosial sığorta haqlarının 10 il müddətində 100 faiz subsidiyalaşdırılması da nəzərdə tutulub.
 
Bu güzəştlər sahibkarların əmək xərclərinin azaldılmasına, yeni müəssisələrin yaradılmasına və işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına yönəlib.
 
Subsidiyalar bütün işəgötürənlərə şamil edilmir. Qanunvericilikdə dövlət sektoru, neft-qaz, maliyyə və bəzi digər fəaliyyət sahələri üzrə istisnalar müəyyən edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05